AZ

Səudiyyə Ərəbistanı İsraillə münasibətlərin normallaşması üçün şərtlərini açıqlayıb

Ər-Riyad Fələstin dövlətinin yaradılmasına İsraillə münasibətlərdə geri dönməz yol olaraq görür...

Səudiyyə Ərəbistanı İsrail ilə münasibətlərin normallaşdırılmasının yalnız Fələstin dövlətinin yaradılmasına aparan geri dönməz və təmin olunmuş siyasi proses halında mümkün ola biləcəyini bəyan edib.

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, Ər-Riyad İsraillə diplomatik münasibətlərin qurulmasını regionda uzunmüddətli sabitliyin təmin olunması və Fələstin məsələsinin siyasi həllinə dair konkret mexanizmlərin mövcudluğu ilə əlaqələndirir. Səudiyyə rəhbərliyi Fələstin dövlətçiliyinə aparan prosesin yalnız formal və ya müvəqqəti addımlarla deyil, icrası təmin edilən və geri çevrilməsi mümkün olmayan mexanizmlərlə müşayiət edilməsini vacib sayır.

CNN-in yazdığına əsasən, bu mövqe Yaxın Şərqdə diplomatik normallaşma prosesləri fonunda Səudiyyə Ərəbistanının əsas siyasi şərtlərindən biri olaraq qalır. Ər-Riyadın yanaşması, xüsusilə regionda təhlükəsizlik və siyasi balansla bağlı davam edən müzakirələr fonunda diqqət çəkir.

Hazırda tərəflər arasında münasibətlərin mümkün normallaşması məsələsi beynəlxalq diplomatik gündəmin əsas mövzularından biri hesab olunur, lakin rəsmi razılaşma üçün konkret vaxt çərçivəsi açıqlanmayıb.

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr