AZ

ADY Bakı–Tbilisi qatarı ilə bağlı sərnişinlərə sənəd tələblərini açıqlayıb

Azərbaycan Dəmir Yolları QSC Bakı–Tbilisi reysi ilə səfər edəcək sərnişinlər üçün tələb olunan sənədlərin siyahısını açıqlayıb. Qurum bildirir ki, qatara minik zamanı sərnişinlər biletlə yanaşı bir sıra vacib sənədləri də təqdim etməlidirlər.

Qaydalara əsasən, sərnişinlərdən pasportun əsli tələb olunur və “mygov” platformasından əldə edilən rəqəmsal sənəd etibarlı hesab edilmir. Eyni zamanda, Gürcüstan tərəfinin tələblərinə uyğun rəsmiləşdirilmiş səyahət sığortasının təqdim olunması da məcburidir.

Bildirilib ki, 5 yaşadək uşaqlarla səfər edən şəxslər uşağın adına rəsmiləşdirilmiş pulsuz bileti təqdim etməlidirlər. Bir valideynlə səfər edən uşaqlar üçün digər valideynin, valideynsiz səfər edən uşaqlar üçün isə hər iki valideynin notarial qaydada təsdiqlənmiş etibarnaməsi tələb olunur. Qurum sərnişinlərə səfərdən əvvəl sənədləri hazır etməyi və prosedurları əvvəlcədən yoxlamağı tövsiyə edib.

Qeyd edək ki, Bakı - Tbilisi qatarı bu gün saat 23:10-da ilk reysini həyata keçirəcək.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Seçilən
2
10
azerbaijan-news.az

10Mənbələr