AZ

Dünya Kubokuna qatışacaq Azərbaycanın 3x3 basketbol yığmasının heyəti açıqlanıb

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İlk dəfə Dünya Kubokunda mübarizə aparacaq Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin heyəti müəyyənləşib.

İdman.Biz xəbər verir ki, yığma Arika Karter, Aleksandra Mollenhauer, Brianna Freyzer, Dina Ulyanovadan ibarət heyətlə mübarizə aparacaq.

Yarış iyunun 1-7-də Polşanın paytaxtı Varşavada keçiriləcək.

Milli komanda A qrupunda Niderland, Polşa, Çexiya və Madaqaskar seçmələri ilə münasibətləri aydınlaşdıracaq.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
6
icma.az

7Mənbələr