AZ

“Volvo” yeni elektromobilini təqdim edib

“Volvo” yeni nəsil elektrik krossoveri “EX60” modelini təqdim edib. Şirkətin ən çox satılan “XC60” modelinin elektrik versiyası olan “EX60” daha uzun yürüş ehtiyatı, yeni platforma, süni intellekt funksiyaları və yenilənmiş interyerlə təklif olunur. Yeni model dizayn baxımından Volvo “EX90” xəttinə bənzəsə də, daha kompakt quruluşa malikdir. “EX60” eyni zamanda şirkətin “megacasting” texnologiyasından istifadə etdiyi ilk avtomobillərdən biridir. Bu yanaşma iri hissələrin vahid formada istehsalına imkan verir ki, nəticədə avtomobil həm yüngülləşir, həm də istehsal xərcləri azalır.

Model “HuginCore” adlı yeni hesablama platforması ilə təchiz olunub. Krossoverin sürətli enerji doldurma imkanları da diqqət çəkir. P12 versiyası 10 dəqiqə ərzində 173 mil, P10 versiyası isə 165 mil yürüş üçün kifayət edən enerji toplaya bilir.

İnteryerdə təbii liflərdən hazırlanan “Tailored Wool Blend” materialından istifadə olunub. “Ultra” komplektasiyada isə 28 dinamikli səs sistemi təqdim edilir. “Dolby Atmos” dəstəyi ilə birlikdə sistem premium audio təcrübəsi vəd edir.

Ülkər XASPOLADOVA,

 “Azərbaycan”

Seçilən
41
azerbaijan-news.az

1Mənbələr