AZ

Alma kimlərə zərər verə bilər?

Diyetoloqlar xəbərdarlıq edirlər ki, alma faydalı meyvə hesab olunsa da, bəzi insanlar üçün sağlamlıq riski yarada bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, keyfiyyətli və təbii alma əksər insanlar üçün təhlükəli deyil. Lakin nitrat miqdarı yüksək olan və ya keyfiyyətsiz saxlanılmış meyvələr sağlamlığa mənfi təsir göstərə bilər.

Həkimlər bildirirlər ki, alma allergiyası olan şəxslər bu meyvədən uzaq durmalıdır. Xüsusilə ağac tozcuqları, ağcaqayın və bəzi bitkilərə qarşı allergiyası olan insanlarda almaya qarşı çarpaz allergik reaksiya yarana bilər.

Mütəxəssislərin sözlərinə görə, mədə-bağırsaq problemi olan insanlar da diqqətli olmalıdır. Xüsusilə turş alma növləri qastrit, mədə xorası və digər həzm sistemi xəstəlikləri zamanı mədə selikli qişasını qıcıqlandıra bilər.

Həkimlər qeyd edirlər ki, mədə həssaslığı olan şəxslər almaları ölçülü şəkildə qəbul etməli və turş növlərdən mümkün qədər uzaq durmalıdırlar.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Seçilən
13
e-saglam.az

1Mənbələr