AZ

Robert Fiko: Ukraynanın Serbiya, Albaniya və Monteneqrodan əvvəl Aİ-yə üzvülüyünə icazə verilməməlidir

BAKI, 25 may. TELEQRAF

Ukrayna “Avropa İttifaqının assosiativ üzvü” statusu almaq istəyirsə sülhə doğru addımlar atmalıdır.

Teleqraf xəbər verir ki, bu barədə Slovakiyanın baş naziri Robert Fiko bildirib:

"Əgər Ukraynaya belə status (Aİ-nin assosiativ üzvü ) veriləcəksə, bunun müqabilində biz Ukraynadan nəsə gözləməliyik".

Bununla belə, o, Serbiya, Albaniya və Monteneqronun Kiyevdən əvvəl icmaya qəbul edilməli olduğunu bildirib. Onun bəyanatının videoyazısı "İstiqamət – Sosial Demokratiya" partiyasının "Facebook" səhifəsində dərc olunub:

"Heç bir şərt olmadan Ukraynanın Aİ üzvlüyünə qəbuluna icazə verilməməlidir. Bu Qərbi Balkanların sakinləri üçün mənfi siqnal ola bilər".

Seçilən
14
teleqraf.com

1Mənbələr