AZ

Rusiya XİN-dən xəbərdarlıq: "Kiyevi dərhal tərk edin!"

Rusiya Xarici İşlər Nazirliyi (XİN) əcnəbiləri təcili olaraq Kiyevi tərk etməyə, paytaxt sakinlərini isə hərbi və inzibati obyektlərdən uzaq durmağa çağırıb.

Moderator.az xəbər verir ki, bu barədə bəyanat nazirliyin rəsmi "Telegram" kanalında yayımlanıb.

Rəsmi müraciətdə vurğulanır ki, Ukrayna Silahlı Qüvvələrinin mayın 22-də Starobelskdəki kollecə etdiyi hücum "səbri daşırıb". Bununla əlaqədar olaraq, Rusiya Silahlı Qüvvələrinin Kiyevdəki Ukrayna müdafiə müəssisələrinə, o cümlədən pilotsuz uçuş aparatlarının (PUA) istehsalı və hazırlanması məntəqələrinə, həmçinin qərarqəbuletmə mərkəzlərinə və komanda məntəqələrinə qarşı sistemli zərbələrə başladığı bildirilib.

Sözügedən obyektlərin paytaxtın müxtəlif ərazilərində yerləşdiyi qeyd olunaraq, XİN bütün əcnəbilərə, o cümlədən diplomatlara şəhəri təcili tərk etməyi, Kiyev sakinlərinə isə hərbi və inzibati infrastruktura yaxınlaşmamağı tövsiyə edib.

Xatırladaq ki, Ukrayna dronlarının zərbə endirdiyi vaxt Starobelskdəki kollec binalarında 86 yeniyetmə olub. Həmin hücum nəticəsində 24 nəfər həlak olub, daha 65 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Seçilən
14
23
moderator.az

10Mənbələr