AZ

Azərbaycanda yeni universitet yaradılacaq - SƏRƏNCAM

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Redaktor.az xəbər verir ki,  Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planına əsasən, aqrar sahədə ikili diplom proqramlarının genişləndirilməsi və xarici universitetlə birgə universitetin yaradılması nəzərdə tutulur.

Bu çərçivədə 2026-2030-cu illərdə ikili diplom proqramları üzrə təhsil alan tələbələrin sayının artırılması, azı 2 nüfuzlu universitetlə ikili diplom proqramlarının tətbiq edilməsi planlaşdırılır. 

Nəticədə aqrar ixtisaslar üzrə ikili diplom proqramlarından məzun olanların ümumi sayının 500-ə çatdırılması, bir xarici universitetlə əməkdaşlıq çərçivəsində birgə universitetin yaradılması nəzərdə tutulub.

Həmçinin aqrar sahə üzrə peşə standartlarının hazırlanması və təhsilin məzmununun yenilənməsi də Tədbirlər Planında öz əksini tapıb. Tədbirlər Planına görə, 2026-2030-cu illərdə azı 30 yeni peşə və kvalifikasiya standartının hazırlanması, azı 10 proqramın kurikulumunun yenilənməsi, azı 100 tələbənin xaricdə istehsalat təcrübəsinin təşkili, azı 50 təhsilverənin təlimlərə cəlb edilməsi nəzərdə tutulur.

Seçilən
12
1
redaktor.az

2Mənbələr