ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İtaliya millisinin keçmiş baş məşqçisi Cennaro Qattuzo “Latsio”da Mauritsio Sarrini əvəz edəcək.
İdman.Biz bu barədə jurnalist Fabritsio Romanoya istinadən bildirir.
İtaliya klubu tezliklə məşqçi ilə müqavilə imzalayacaq. Qattuzonun “Latsio” ilə müqaviləsi iki illik olacaq.
48 yaşlı Cennaro Qattuzo 2026-cı il dünya çempionatı pley-off finalında Bosniya və Herseqovinaya uduzduqdan (1:1, penaltilər seriyasında 1:4) sonra İtaliya millisindən ayrılıb. İtaliya ardıcıl üçüncü dəfə Dünya çempionatını buraxacaq.
2025/2026 mövsümünün sonunda “Latsio” 54 xalla A Seriyasında doqquzuncu yeri tutub.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.