Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib.
Marja.az xəbər verir ki, müşavirədə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxış edərək deyib:
"Balıqçılıqla bağlı akvakulturanın inkişaf etdirilməsi əsas hədəflərdən biridir. Akvakulturada istehsal olunan balıq həcminin 2030-cu ilə qədər iki dəfədən çox artırılması əsas hədəf olaraq qarşımıza qoyulmuşdur. Eyni zamanda, buna biz ilk dəfə olaraq ölkədə balıqçılıq sahəsində subsidiyaların və dövlət güzəştlərinin verilməsi ilə nail olmağa çalışacağıq. Həmçinin, balıqartırma zavodlarının inşası da nəzərdə tutulmuşdur".