AZ

""Bakı Bəyannaməsi" erməni vandalizminin dünya birliyi tərəfindən tanınması deməkdir" -AÇIQLAMA

"Bakıda keçirilən WUF-13 təkcə Azərbaycan üçün deyil, aparılan müzakirələr və qəbul edilən qərarlar baxımından da qlobal əhəmiyyət kəsb edib. “Bakı Bəyannaməsi”ndə Forumun yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə Azərbaycana bir daha təşəkkür ifadə olunur. “Bakı Bəyannaməsi”ni 103 ölkədən 569 QHT təmsilçisinin imzalaması da WUF13-ün sanballı olduğunu bir daha ortaya qoydu".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Əli Orucov səsləndirdi.

Həmsöhbətimiz vurğuladı ki, 44 günlük müharibədə Azərbaycanın Ermənistan üzərində qazandığı parlaq qələbədən sonra işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma, tikinti və məskunlaşdırma işlərinə start verildi:

"Ən müasir standartlara cavab verən yeni qəsəbələr və şəhərlər salınır. İnfrastruktur layihələri həyata keçirilir. Smart kəndlər inşa edilir. Bütün bunlar, təbii ki, Azərbaycanın şəhərsalma təcrübəsinin və mədəniyyətinin zənginliyini təsdiqləyən amillərdir. Həmin təcrübənin dünyanın müxtəlif ölkələrində tətbiqi, əlbəttə ki, faydalıdır və düşünürəm ki, bu, baş verəcək. Münaqişə və müharibələrin geniş coğrafiyada yayılması şəhərlərin və yaşayış məskənlərinin dağıdılmasına gətirib çıxarır. Azərbaycan işğala məruz qaldığı dövrdə yüzlərlə kənd, qəsəbə və şəhər dağıdılıb, yer üzündən silinib.

Düşünürəm ki, "Bakı Bəyannaməsi" bu vəhşiliyin və vandalizmin dünya birliyi tərəfindən tanınması deməkdir. Bu, ermənilərin və onların havadarlarının Azərbaycana qarşı son dövrlərdə apardıqları qərəzli və məqsədli qarayaxma kampaniyasına qarşı tutarlı cavabdır".

Aytəkin TOFİQQIZI

Seçilən
45
1
redaktor.az

2Mənbələr