AZ

Tramp: İranla Obama dövründəki kimi saziş bağlamayacağam

Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Donald Trump İranla bağlı aparılan danışıqlara münasibət bildirib.

“Ölkə.az” xəbər verir ki, o, Truth Social platformasında paylaşdığı açıqlamada İranla mümkün razılaşma barədə danışan bəzi siyasətçiləri sərt tənqid edib.

Tramp qeyd edib ki, hələ yekunlaşmayan məsələlər barədə danışan insanlara güldüyünü bildirib:

“Mən Demokratlara, Respublikaçılara bənzəyən, amma elə görünməyən Respublikaçılara və İranla bağlamağa çalışdığım potensial razılaşma haqqında heç nə bilməyən axmaqlara gülürəm”.

ABŞ prezidenti əlavə edib ki, İranla bağlanacaq mümkün razılaşma ya uğurlu olacaq, ya da ümumiyyətlə baş tutmayacaq.

O, həmçinin Barack Obama administrasiyası dövründə imzalanan Joint Comprehensive Plan of Action sazişini sərt şəkildə tənqid edib.

Trampın sözlərinə görə, həmin razılaşma İran üçün nüvə silahına aparan yol açmışdı və o, belə bir sazişə imza atmayacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
2
olke.az

3Mənbələr