AZ

Milli Kitabxanada “Əcəmi Naxçıvani. Biblioqrafiya” kitabının təqdimatı olun

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 25 may, AZƏRTAC

Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Əcəmi Naxçıvani. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a Milli Kitabxanadan məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Əcəmi Naxçıvaninin Azərbaycan memarlıq məktəbinin inkişafındakı misilsiz xidmətlərindən danışıb, onun yaratdığı memarlıq nümunələrinin dünya memarlıq tarixində mühüm yer tutduğunu qeyd edib. Professor bildirib ki, dahi memarın müəllifi olduğu abidələr yüksək sənətkarlıq xüsusiyyətləri, estetik gözəlliyi və mühəndislik dəqiqliyi ilə seçilir.

Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə vurğulayıb ki, Əcəmi Naxçıvani XII əsrdə yaşamış, Naxçıvan memarlıq məktəbinin əsasını qoyaraq Şərq memarlığının inkişafına böyük töhfə vermiş görkəmli Azərbaycan memarıdır və bu abidələr əsrlər boyu öz əzəmətini qoruyub saxlayıb, Azərbaycan xalqının zəngin mədəni irsinin parlaq nümunələrinə çevrilib.

Memarlar İttifaqının sədri, Əməkdar memar, professor Elbay Qasımzadə bildirib ki, Azərbaycan memarlıq tarixində elə şəxsiyyətlər vardır ki, onların yaratdığı sənət nümunələri əsrləri aşaraq bu gün də xalqın milli kimliyini, estetik düşüncəsini və mədəni gücünü yaşadır. O, bu böyük sənətkarların sırasında XII əsrin dahi memarı Əcəmi Naxçıvaninin xüsusi yer tutduğunu və onun adının yalnız Azərbaycan memarlığı ilə deyil, bütövlükdə Şərq memarlıq məktəbi ilə bağlı böyük bir zirvə olduğunu diqqətə çatdırıb.

Milli Məclisin deputatları Fazil Mustafa, Asif Əsgərov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, AMEA-nın İncəsənət və Memarlıq İnstitutunun aparıcı elmi işçisi, professor Rahibə Əliyeva, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin Sənəd menecmenti kafedrasının müdiri, dosent Nadir İsmayılov, BDU-nun Mərkəzi Elmi Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Nigar İsmayılova Əcəmi Naxçıvaninin yaradıcılığına nəzər salıblar.

Tədbir çərçivəsində “Memar Əcəmi Naxçıvani-900” elektron məlumat bazasının təqdimetmə mərasimi reallaşıb. Bazada böyük memarın həyat və yaradıcılığı ilə bağlı zəngin materiallar – rəsmi sənədlər, haqqında fikirlər, kitablar, elmi məqalələr, qəzet və jurnal materialları, həmçinin müxtəlif dillərdə nəşr edilmiş kitablar, foto və videolar sistemli şəkildə oxuculara təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azertag.az

2Mənbələr