Azərbaycan üzrə bütün iribuynuzlu və xırdabuynuzlu heyvanların dövlət hesabına birdəfəlik identifikasiyasının təşkili və elektron uçotu aparılacaq.
Heftelik.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”da öz əksini tapıb.
Sənədə əsasən, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Kənd Təsərrüfatı Agentliyi ilə birlikdə 2027-2030-cu illər ərzində mərhələli identifikasiya planının hazırlanması, plana uyğun olaraq identifikasiyanın həyata keçirilməsi və elektonlaşdırılmasını, iribuynuzlu və xırdabuynuzlu
Heyvanların identifikasiyasının yekunlaşdırılmasını təmin etməlidir.