AZ

Gülçülük sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib - FOTO

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən gülçülük və dekorativ bitkiçilik sahəsində fəaliyyət göstərən istehsalçılar və ixracatçılarla görüş keçirilib. 

"Unikal" xəbər verir ki, görüşdə sahənin mövcud vəziyyəti, ixrac potensialının artırılması, beynəlxalq bazarlara çıxış imkanları və fitosanitar təhlükəsizlik məsələləri müzakirə olunub.
Bildirilib ki, məhsulların beynəlxalq bazarlara təhlükəsiz və rəqabətqabiliyyətli formada çıxarılması üçün fitosanitar tələblərə uyğunluğun təmin edilməsi əsas prioritetlərdən biridir. 

Görüş çərçivəsində istehsal və ixrac prosesində rast gəlinən problemlər, idxalçı ölkələrin fitosanitar tələbləri, məhsulların sertifikatlaşdırılması, zərərvericilərə qarşı mübarizə tədbirləri ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar tərəfindən sahənin inkişafı ilə bağlı təkliflər səsləndirilib, mövcud çətinliklər diqqətə çatdırılıb və dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanıb.

Sonda Agentlik tərəfindən sahibkarlarla bu formatda görüşlərin davam etdiriləcəyi, ixrac potensialının artırılması və yerli məhsulların beynəlxalq bazarlarda mövqeyinin gücləndirilməsi istiqamətində birgə fəaliyyətin davam etdiriləcəyi bildirilib.

Seçilən
1
2
unikal.az

3Mənbələr