AZ

Xırdalandakı nəhəng çuxur sürücülər üçün təhlükə olaraq qalır VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yolun asfalt örtüyünün sıradan çıxması nəticəsində əmələ gələn dərin çuxur sürücülər üçün çətin vəziyyət yaradıb.

Avtosfer.az-ın məlumatına görə, görüntülər “TikTok” sosial platformasında paylaşılıb. Kadrlardan görünür ki, yolun bir hissəsində asfalt örtüyü aşınıb, nəticədə iri ölçülü çökəklik formalaşıb. Çuxurun dərinliyi və eni səbəbindən sürücülər manevr etsələr də, ondan yayınmaq demək olar ki, mümkün olmur.

Xüsusilə ərazini ilk dəfə istifadə edən sürücülər üçün vəziyyət daha da riskli hesab olunur. Gecə saatlarında isə görünüş məsafəsinin azalması çuxura düşmə ehtimalını artırır ki, bu da nəqliyyat vasitələrinə maddi zərər vura bilər.

Qeyd olunur ki, həmin ərazidəki çuxur uzun müddətdir mövcuddur. Buna baxmayaraq, aidiyyəti qurumlar tərəfindən problemin aradan qaldırılması istiqamətində hər hansı tədbir hələ də görülməyib.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
avtosfer.az

1Mənbələr