Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Avtovaz” şirkətinin Almaniyadakı təmsilçisi “Lada Deutschland” təxminən 50 illik fəaliyyətdən sonra bankrot olduğunu elan edib.
Avtosfer.az xəbər verir ki, rusiyalı istehsalçı Avropaya satdığı modellərin yerli normalara uyğunlaşdırmaq üçün tələb olunan investisiyanı səmərəsiz hesab edir. Söhbət təhlükəsizlik və ekoloji normalardan gedir.
2019-cu ildə rəsmi olaraq Rusiyadan avtomobil gətirilməsi rəısmən dayansa da, qara sxemlərlə “Niva” gətirməyə cəhdlər edilib. Lakin, tələbat az olduğundan səmərə verməyib.
Təxminən 10 il əvvəl “Lada”nın Fransa və Benelüks ölkələrindəki nümayəndəlikləri bağlanıb, dilerlik missiyası “Lada Deutschland”a həvalə edilib.
Nəzərə alaq ki, 80-ci illərin əvvəllərində hər 2 Almaniyada orta hesabla 60 min ədəd “Lada” satılırdı. 80-ci illərin sonunda isə satışlar ciddi şəkildə azalıb.
Sovet dövründə də Tolyattidə istehsal edilmiş avtomobillər Qərbi Avropa bazarına birbaşa çıxa bilmirdi. Avtomobillər xaricə daşındıqdan sonra yerli firmalar onu təkmilləşdirirdilər.
Müqayisə üçün deyək ki, Yaponiya və Cənubi Koreya avtomobillərinin dilerlərin yeganə işi aylarla yol gələn maşınları yuyub təmizləməkdir.
Uyğunlaşdırma işlərinin hamısı zavodda icra olunur.
Vüqar Yaşaroğlu
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.