Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində kadr dəyişikliyi baş verib.Metbuat.az-ın məlumatına görə, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Nərmin Əhmədova tutduğu vəzifədən ayrılıb. Nərmin Əhmədova vəzifəsindən ayrılmasını karyerasında irəliləyişlə əlaqələndirib.Qeyd edək ki, o, 5 ildən artıq müddətdə Gənclər və İdman Nazirliyində fəaliyyət göstərib.Sevinc İbrahimzadə / Metbuat.az