AZ

Ticarət mərkəzinə zəhərli maddə püskürdüldü: 19 nəfər...

Yaponiyanın paytaxtı Tokioda bir nəfərin ticarət mərkəzinə yad maddə püskürtməsi çaxnaşmaya səbəb olub.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, qoxudan 25 nəfərin halı pisləşib, 19 nəfər xəstəxanaya yerləşdirilib. Polis şübhəlini axtarır.

Məlumata görə, ticarət mərkəzinin içərisindəki bankomatın yaxınlığında püskürdülən maddənin çili bibərində tapılan qıcıqlandırıcı sprey ola biləcəyi ehtimal olunur. Səlahiyyətlilər bəzi insanların boğaz ağrısı və qaşınma hiss etdiyini bildiriblər.

Hadisədən sonra ticarət mərkəzinin ətrafındakı yol nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.

Murad Məmmədli

Seçilən
15
1
bakivaxti.az

2Mənbələr