AZ

Naxçıvanda autizmli uşaqlar və onların valideynləri ilə görüş

ain.az, Azertag portalına istinadən məlumat verir.

Naxçıvan, 25 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sosial siyasət komitəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində autizmli uşaqlar və onların valideynləri ilə görüş keçirilib.

Ali Məclisin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirin əvvəlində "İnklüziv cəmiyyətdə autizm: fərqlilik və fərqindəlik" mövzusunda təşkil olunan sərgiyə baxış olub. Sosial siyasət komitəsinin üzvləri Mərkəzin yaradıcılıq bölmələrində əlilliyi müəyyən olunmuş şəxslərin hazırladıqları müxtəlif yaradıcılıq nümunələrini satın alaraq, onların yaradıcılığına və gələcək inkişafına dəstək göstəriblər.

Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fərid Bağırzadə çıxış edərək, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində mərkəzin fəaliyyətindən danışıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu sahəyə göstərilən dövlət qayğısını xüsusi vurğulayıb.

Qeyd olunub ki, inklüziv cəmiyyətin formalaşması baxımından məhdud fiziki imkanlı şəxslərin sosial həyata inteqrasiyası mühüm əhəmiyyət daşıyır.

Ali Məclisin deputatları, sosial siyasət komitəsinin sədri Zeynəb Quliyeva və komitənin üzvü Əli Həşimov çıxışlarında tədbirin əhəmiyyətinə toxunaraq, belə görüşlərin cəmiyyətdə inklüziv düşüncənin formalaşmasına mühüm töhfə verdiyini bildiriblər. Qeyd edilib ki, autizmli uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində dövlət siyasəti ardıcıl şəkildə davam etdirilir və bu sahədə həm qanunvericilik, həm də sosial dəstək mexanizmləri gücləndirilir.

Tədbirdə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin əməkdaşları slaydlar vasitəsilə mərkəzdə autizm spektr pozuntusu olan uşaqlarla aparılan terapiya üsulları barədə məlumat veriblər.

Sonra autizmli uşaqlara maraq göstərdikləri yaradıcılıq sahələri üzrə inkişafetdirici hədiyyələr təqdim olunub.

Müxbir - Nail Əsgərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
azertag.az

2Mənbələr