2026-cı ilin iyul ayı üzrə Brent markalı neft fyuçerslərinin qiyməti Londonun ICE бирjasında bu ilin 11 may tarixindən bəri ilk dəfə bir barel üçün 97 dollardan aşağı enib. Bunu ticarət məlumatları göstərir.
Bakı vaxtı ilə saat 16:23-ə olan məlumata görə, Brent nefti 6,41% ucuzlaşaraq 96,9 dollar səviyyəsinə düşüb. Saat 16:28-ə doğru isə azalma tempi zəifləyib və Brent bir barel üçün 97,35 dollar səviyyəsində ticarət olunub (-5,98%).
Eyni zamanda, 2026-cı ilin iyul tədarükü üzrə WTI markalı neft fyuçerslərinin qiyməti 5,97% azalaraq bir barel üçün 90,83 dollara enib.