AZ

Müəyyən bilik və bacarıqları yalnız ali təhsil istiqamətində, öz fənni ilə bağlı verə bilər Təhsil eksperti

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Repetitorların konkret məqsədi şagirdin ali təhsil müəssisəsinə və yaxud orta ixtisas təhsil müəssisənə qəbul olmasına əsaslanır: "Əlbəttə ki, məktəb müəllimi 25-30 nəfər şagirdlə məşğul olursa, konkret olaraq repetitor fəaliyyəti göstərən şəxs 10-15 nəfərlə abituriyent hazırlığı həyata keçirir. Müəyyən bilik və bacarıqları yalnız ali təhsil istiqamətində və öz fənni ilə bağlı verə bilər. Demirəm, repetitor şagirdin həyatında məktəb müəllimi qədər rol oynamır, müəyyən qədər də olsa, onların da rolu var".

Bunu təhsil eksperti Elçin Əfəndi 525.az-a bildirib. Ekspert vurğulayıb ki, dünya təcrübəsində repetitorluğun qarşısını almaq üçün müxtəlif mexanizmlər tətbiq edilir. Məsələn, Finlandiya və Sinqapur kimi ölkələrdə repetitor hazırlığına minimal ehtiyac duyulur. Finlandiyada məktəblər tam şəkildə şagirdlərin imtahanlara hazırlaşmasına kömək edir və məktəb proqramı ilə imtahan sualları arasında tam uyğunluq var. Sinqapurda isə məktəblərdə əlavə dərslər keçirilir və şagirdlərə pulsuz əlavə hazırlıq imkanları yaradılır. Bu sistemlərdə repetitorluq bir əlavə dəstək kimi qalıb, lakin məcburiyyətə çevrilməyib.

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
525.az

1Mənbələr