AZ

Köçəryan: Paşinyanı iyunun 7-də qalib elan etmək üçün hərəkətə keçiblər

BAKI, 25 may. TELEQRAF

“ABŞ-nin Ermənistandakı maraqları İranla sərhədi nəzarətə götürmək və Rusiyaya zərər vurmaqdır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti və “Hayastan” seçki blokunun baş nazirliyə namizədi Robert Köçəryan deyib.

ABŞ dövlət katibi Marko Rubionun sabah planlaşdırılan səfəri ilə bağlı suala cavab olaraq o, bunun Rusiyaya zərər vermək istəyi ilə həyata keçirildiyini iddia edib.

Köçəryan ABŞ-ni iyunun 7-də keçiriləcək parlament seçkilərində Baş nazir Nikol Paşinyana dəstək verməkdə ittiham edərək bildirib ki, bu, Ermənistanın daxili işlərinə müdaxilə cəhdidir, son aylarda bu cür cəhdlər çox olub:

“Mənim təəssüratım belədir ki, bu, seçki kampaniyasının bir hissəsidir. Güman edirəm, onlar Nikol Paşinyanın seçkilərdə uduzmaması üçün hər şeyi etmək istəyirlər. ABŞ-nin Ermənistanda başqa ciddi maraqlarının olduğunu düşünmürəm. Bir maraq var: İranla sərhədi nəzarətə götürmək və Rusiyaya zərər vermək. Bu yolla regionda Rusiyanı Türkiyə ilə əvəz etmək istəyirlər”.

Seçilən
12
teleqraf.com

1Mənbələr