AZ

Uşağın hazırlıq puluna görə arvad danladı, kişi döydü

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Bakının Xətai rayonunda 32 yaşlı kişi arvadına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə onların birgə yaşadığı mənzildə baş verib. Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Əfqan həyat yoldaşı Süsən (adlar şərtidir – red.) ilə mübahisə edib. 

Mübahisənin baş verməsinə səbəb isə Süsənin hamin gün atasına övladının kurs ödənişini edə bilməməsini telefon danışığı zamanı deməsi üstündə yaranıb. Əfqan arvadının bu hərəkətini ona irad bildirməsi səbəbindən aralarında mübahisə qızışıb. Yaranmış mübahisə zamanı o, əl zərbələri ilə arvadının baş nahiyəsindən və əlindən vurmaqla onu döyüb. Faktla bağlı Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Qadın da ərini bağışlayıb, ona olan şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib.Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
demokrat.az

1Mənbələr