AZ

Mahir Emreli: Yayda verəcəyim qərar karyeramda ən vaciblərdən biri olacaq

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin yayda verəcəyi qərar karyerasında ən vaciblərdən biri olacaq.

BAKU.WS xəbər verir ki, 28 yaşlı hücumçu bu barədə report-aa müsahibəsində bildirib.

O, Almaniyanın "Kayzerslautern" klubundan ayrıla biləcəyini istisna etməyib:

"Baş məşqçidən soruşublar ki, növbəti mövsümdə Mahiri görməmək ehtimalımız varmı? Səhv etmirəmsə, buna yaxın bir sual olub. O da təsdiqləyib və "hə" cavabı verib. Məşqçilər adətən bu cür açıqlama vermirlər. Bu, tək onların verəcəyi qərar deyil. Transfer təsdiqlənsə, söyləmək olar. Qərarları daha çox rəhbərlik verir. Mən rahatlıq istəyən adam olsaydım, Xorvatiyanın "Dinamo" klubunda qalardım. Mütəmadi oynayırdım və ya oynamırdım. Orada Xorvatiya millisinin əsas futbolçuları ilə rəqabətdə idim. Onlar dünya çempionatlarında medallar qazanmışdılar. Amma oynamaq istəyim hər zaman başqa mövzuların önünə keçib. İndi verəcəyim qərar karyeramda ən vaciblərdən biri olacaq. Çünki bu qərar ya bizi irəli aparacaq, ya da yerimizdə qalacağıq. Ona görə yaxşı düşünüb, məsləhət edib qərar vermək lazımdır. Klubda qala və ya gedə bilərəm".

Mahir Emrelinin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
baku.ws

2Mənbələr