AZ

Rusiya rəsmisi xəbərdarlıq etdi: "Ermənistan Aİİ-dən çıxsa, qazın qiyməti dəyişəcək"

"Rusiya, xüsusən də öz tərəfdaşları üçün etibarlı enerjidaşıyıcıları tədarükçüsü olaraq qalır. Buna baxmayaraq, əgər Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq qərarı verərsə, İrəvan üçün nəzərdə tutulan güzəştli qaz qiymətləri bazar qaydalarına uyğun olaraq müəyyənləşdirilə bilər".
 
Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
 
"Ermənistan rəhbərliyinin Rusiya qazı və enerjidaşıyıcıları üçün çox cəlbedici, yüksək dərəcədə güzəştli qiymətlərin olması barədə bəyanatlarını eşitmişik. Bu, həqiqətən də belədir - Rusiya bütün ölkələr, xüsusilə də ən yaxın müttəfiqləri və tərəfdaşları üçün etibarlı, eləcə də məsuliyyətli enerji tədarükçüsü olmaqda davam edir", - deyə Kremlin nümayəndəsi vurğulayıb.
 
Eyni zamanda, Peskov diqqətə çatdırıb ki, Avropa İttifaqı ölkələri üçün belə bir güzəşt mümkün deyil:
 
"Onlar üçün qiymət kateqoriyası tamamilə fərqlidir - bazar qiymətləridir. İrəvandakı dostlarımız bunu çox yaxşı bilirlər".
Seçilən
10
1
moderator.az

2Mənbələr