Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpa olunmasının sevincini doya-doya yaşaya bilmədik. Necə deyərlər sevincimiz qursağımızda qaldı.
Səbəbsə “Azərbaycan Dəmir Yolları” QSC-nin sərgilədiyi anlaşılmaz mövqedir.
Qurum bu ideyanın kerçəkləşməsini özünü piarına və kommersiya maraqlarına çevirmək istəyir.
Olsun... Bir söz demirik. Amma hər bir yanaşma peşəkar olmalıdır. Qeyri-peşəkarlıqsa hiddət doğurur.
Bəs, QSC rəhbərliyinin hiddətə səbəb olan hərkətləri hansılardır?
Əvvəla yerlərin azlığı. Buradan Tbilisiyə 9 saat qatar qovan qurum cəmi 118 adama yolçuluq edəcək. Halbuki əvvəllər bu bu qatarla ən azı 200-250 sərnişin daşınırdı. Amma indi bir təyyarənin daşıya biləcəyindən də az sərnişin daşınacaq. Bu da həm hiddət, həm də təəccüb doğurur. Bəyəm vaqonların sayının 10-12 eləmək olmaz. Olar. Amma nəyə görəsə ADY rəhbərliyi berə qərar verib.
ADY rəhbərliyinin digər hiddət doğuran qərarı biletin qiymətidir. Ən ucuz bilet 81, ən baha biletsə 172 manatdır. Halbuki təyyarə ilə uçmaq bundan qat-qat sərfəlidir. Çünki qatarla 9 saata getdiyin yolu, təyyarə ilə cəmi bir saata qət edirsən. Yəni təyyarə ilə səfər etmək həm vaxt, həm də xərc baxımından sərfəlidir. Bu da o deməkdir ki, ADY xalqa xidmət eləmək yox, xalqı soymaq məqsədindədir. Ona görə də biletləri rekord səviyyədə baha satırlar.
Digər bir hiddət doğuran məqam sərnişinlər üçün müəyyən edilmiş yük limitidir. Belə ki, komfortla səyahət edən sərnişin yalnız 23, lüks vaqonla səfərə çıxan sərnişinsə ancaq 30 kiloqram yük apara bilər. Əlavə yük aparmaq istəyənlərsə əlavə ödəniş etməlidir. Halbuki bu vaxtadək dəmir yolu ilə sərnişin daşımada yüklərə limit yox idi.
Bu da o anlama gəlir ki, ADY rəhbərliyini müştəri məmnunluğu yox, öz cibləri maraqlandırır.
Bütün bunlar azmış kimi ADY rəhbərliyi düşük piar kampaniyası ilə də xalqın əsəbiləri ilə oynayır. Belə ki, qurum Tbilisiyə ilk bilet alan şəxsə mükafat verib. Nə təsadüfdürsə həmin sərnişin də ADY-nin əməkdaşı olub. Və yəqin ki, həmin sərnişin mükafatı almayacaq. O pul da rəhbərliyin cibinə gedəcək.
Beləcə 6 illik həsrət biz çox böyük maddi itkilər bahasına başa gələcək.
PS: Maraqlıdır, Gürcüstan tərəfi də biletləri bu qədər baha edib. Heç inanmaq olmur. Bunun da səsi bir azdan çıxacaq.
News365.az