AZ

Doktoranturaya qəbul elan edilir

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 2026-cı il üçün fəlsəfə doktoru hazırlığı üzrə (Azərbaycan ədəbiyyatı, Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid, Dünya ədəbiyyatı (Ərəb, İran, İngilis ədəbiyyatı), Muzeyşünaslıq ixtisaslarında) doktoranturaya qəbul elan edir.

AMEA-dan AzEdu.az-a verilən məlumata görə, sənəd qəbulu 19 may 2026-cı il tarixlərindən etibarən 3 həftə ərzində "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilir.

N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində doktorantura təhsili almaq istəyən namizədlər portal.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

 

Seçilən
6
azedu.az

1Mənbələr