AZ

“Sabah” Qazaxıstan millisinin qapıçısı ilə müqaviləni yeniləyəcək

Bakı, 25 may, AZƏRTAC

Qazaxıstan millisinin qapıçısı Stas Pokatilov növbəti mövsümü də karyerasını "Sabah" klubunda davam etdirəcək.

AZƏRTAC Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı qolkiper Bakı təmsilçisi ilə razılıq əldə edib. Lakin onunla bağlanacaq müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, təcrübəli oyunçunun “Sabah”la hazırkı sözləşməsi iyunun 30-da yekunlaşacaq.

Stas Pokatilov başa çatan mövsümdə “Sabah” forması ilə Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub.

Seçilən
11
1
azertag.az

2Mənbələr