AZ

Gülnarə İsrafil kitabları oxucular tərəfindən maraqla qarşılandı – FOTO

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının dördüncü günündə Bizim.Media-nın masasında Azərbaycan Yazıçılar Birliyinin üzvü Gülnarə İsrafil kitablarının təqdimatını həyata keçirib.

Bizim.Media xəbər verir ki, müxtəlif müəlliflərin təqdimatlarının davam etdiyi festivalda G.İsrafil oxucuları ilə görüşüb.
 

MÖVZU İLƏ BAĞLI:

“Molla Nəsrəddin” jurnalının irsi – Ürəklərinin qanı ilə yazılan sözün 120 illik məktəbi - FOTO


O, festival çərçivəsində öz yaradıcılığı ilə bağlı oxucularına məlumat verib. “Torpaq adamlar”, “İki”, “Sirran” kitabları Azərbaycanda, “Daşın bağrında bir daş” kitabı isə Urmiyada nəşr edən G.İsrafil yaradıcılığına məktəb illərindən başladığınl ilk şeirlərinin isə 2002-ci ildən etibarən qəzet və jurnallarda dərc olunduğunu qeyd edib.

Xatırladaq ki, VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində müxtəlif müəlliflərin təqdimatları və oxucularla görüşləri davam edir.

Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.






Naibə Məmmədova, İntiqam İbrahimov, Bizim.Media

Seçilən
18
27
bizim.media

10Mənbələr