AZ

Ürək xəstəlikləri riskini azaldan vərdiş: Gündə cəmi 15 dəqiqə...

Qısa yürüşlərin sağlamlığa faydası ilə bağlı yeni araşdırma diqqət çəkib.

Publika.az “Wall Street Journal”a istinadən xəbər verir ki, araşdırma Böyük Britaniyada 40-79 yaş aralığında 33 mindən çox insan üzərində aparılıb.

9,5 il davam edən tədqiqat göstərib ki, gündəlik ən az 15 dəqiqə fasiləsiz yürüş etmək ani ölüm və ürək-damar xəstəlikləri riskini ciddi şəkildə azaldır.

Bildirilib ki, həmin şəxslərdə ölüm riski 83 faiz, ürək-damar xəstəlikləri riski isə 68 faiz daha aşağı olub.

Seçilən
60
publika.az

1Mənbələr