ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
“Vl Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı maraqlı anlarla yadda qaldı. Bu dəfə sərgiyə qızım, gənc yazar, teleaparıcı Fidan Türklə qatıldıq. Festival çox maraqlı keçdi. Kitablara maraq deyərdim ki, ötən illərdən daha çox idi. Gənc yazar Fidan Türkün “Atlar Diyarında” nağıl kitabının imza günü keçirildi və tədbir xoş anlarla yadda qaldı”.
525.az xəbər verir ki, bu sözləri yazıçı-bəstəkar Jalə Rzabəyli deyib.
O qeyd edib ki, Azərbaycan uşaq ədəbiyyatına yeni töhfə olan nağıl kitabı ziyalılar, oxucular tərəfindən olduqca maraqla qarşılanıb.
“Fidan Türk uzun illərdir at minir. Onun atlara böyük sevgisi var. Fidan bu nağılı uşaqlarda heyvan sevgisini yaratmaq, onlarda dostluq, güvən və etibar kimi dəyərli hissləri oyatmaq üçün qələmə alıb”, - deyə yazıçı bildirib.
"Atlar diyarında" nağıl kitabının VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında təqdim olunması gənc yazıçıya fəxr dolu anlar yaşadıb.
“Kitab dəyərli ziyalılardan Rəşad Məcid tərəfindən maraqla qarşılandı. O, gənc yazıçıya uğurlar dilədi və gənc yazarlara dəstək olmağın önəmini vurğuladı. Bundan başqa, “Atlar diyarında” nağıl kitabı Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün tərəfindən də yüksək dəyərləndirildi. Həm nağılın, həm də kitabdakı şəkillərin uşaqlar üçün maraqlı olacağını bildirən səfir, yazıçıya ərsəyə gətirdiyi kitab üçün məmnunluğunu ifadə etdi. Bir sözlə, ilk təqdimat günündə səfir Birol Akgülün və hörmətli yazıçımız Rəşad Məcidin kitaba olan diqqətindən məmnun olduq. Belə festivallar yazarların inkişafı üçün çox önəmlidir”, - deyə Jalə Rzabəyli bildirib.





Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.