AZ

Avstriyada havada dəhşət: Paraşütçü qadın təyyarə ilə toqquşdu - VİDEO

Avstriyada
Avstriyada yamac paraşütü ilə uçuş edən 44 yaşlı təcrübəli idmançı Sabrina havada ölüm təhlükəsi ilə üz-üzə qalıb. 1news.az xarici mətbuata istinadən xəbər verir ki, uçuş zamanı onun paraşütünə kiçik gezi təyyarəsinin toxunması nəticəsində ciddi qəza baş verib. Böyük panika yaşayan qadın son anda ehtiyat paraşütünü açaraq faciədən xilas olub. Göydə yaşanan qorxulu anlar isə kameralar tərəfindən anbaan qeydə alınıb.
Hadisə Avstriyanın Zell am Si qəsəbəsi yaxınlığında baş verib. Şənbə günü günorta saatlarında "Schmittenhöhe" dağından havaya qalxan Sabrina sakit uçuş etdiyi anda gözlənilməz qəza ilə qarşılaşıb. Hadisə zamanı bölgədə uçan “Cessna 172” tipli kiçik təyyarə qadının yamac paraşütünə çırpılıb. Toqquşmanın təsirindən paraşütün qübbəsi iki hissəyə ayrılıb və tamamilə yararsız hala düşüb. Nəticədə Sabrina havada idarəetməni itirərək fırlanmağa başlayıb. Şok vəziyyətinə baxmayaraq soyuqqanlılığını qoruyan təcrübəli idmançı ehtiyat paraşütünü açmaq üçün mübarizə aparıb. Bu vaxt 28 yaşlı pilotun idarə etdiyi təyyarə tarazlığını qoruyaraq Zell am Si hava limanına təhlükəsiz eniş edib. Ehtiyat paraşütünü uğurla açan Sabrina sürətini azaldaraq yerə təhlükəsiz enməyi bacarıb. Hadisə yerinə cəlb olunan polis helikopteri ilə bölgədən uzaqlaşdırılan qadının qəzanı yalnız yüngül xəsarətlərlə keçirdiyi bildirilib.
Seçilən
6
1news.az

1Mənbələr