AZ

Gəlirlərini birləşdirən cütlüklər daha xoşbəxt olur


Gəlirlərini birlikdə idarə edən evli cütlüklər daha az mübahisə edir və münasibətlərindən daha yüksək məmnunluq hissi yaşayırlar.

Yeniavaz.com xəbər verir ki, bu nəticə “Consumer Research” jurnalında dərc olunan araşdırmada yer alıb.
Tədqiqat çərçivəsində 230 yeni evli və ya nişanlı cütlük iki il ərzində izlənilib. İştirakçılar üç qrupa bölünüb: bir qrup gəlirlərini ayrı hesablarda saxlayıb, ikinci qrup birgə hesabdan istifadə edib, üçüncü qrup isə maliyyə idarəçiliyini özləri müəyyənləşdirib.
Araşdırmanın nəticələrinə görə, birgə hesabdan istifadə edən cütlüklərin münasibət keyfiyyəti daha yüksək olub. Onlar pul məsələlərində daha az mübahisə edib və münasibətlərində özlərini daha yaxın hiss ediblər.
Alimlərin fikrincə, ortaq maliyyə idarəçiliyi cütlüklər arasında “biz” hissini gücləndirir. Bu da tərəflərin bir-birinə ayrı fərdlər kimi deyil, ortaq məqsədləri olan komanda kimi yanaşmasına kömək edir.
Araşdırmada qeyd olunur ki, ayrı hesabdan istifadə edən cütlüklərdə münasibətlər daha çox “mən sənə kömək edirəm, sən də mənə” məntiqi üzərində qurulur. Bu yanaşma tərəflər arasında yaxınlığı azalda və münasibəti daha çox qarşılıqlı hesablaşmaya çevirə bilər.
Seçilən
13
1
yeniavaz.com

2Mənbələr