AZ

Qeyri-qanuni mədəndə torpaq sürüşməsi can aldı

Anqolanın şimal bölgəsində yerləşən qanunsuz qızıl mədənində faciəli hadisə baş verib.

News365.az xəbər verir ki, mədəndə qeydə alınan torpaq sürüşməsi nəticəsində azı 28 nəfər həyatını itirib.

Xarici KİV-in yaydığı məlumata görə, ölənlər arasında eyni ailədən olan 13 nəfərin olduğu müəyyənləşdirilib. Hadisə zamanı bir neçə nəfərin dağıntılar altında qaldığı bildirilir.

Hazırda ərazidə xilasedicilər tərəfindən genişmiqyaslı axtarış əməliyyatı aparılır. Rəsmi məlumatlara əsasən, itkin düşən daha iki nəfərin tapılması üçün işlər davam etdirilir.

İlkin ehtimallara görə, torpaq sürüşməsinə mədəndə təhlükəsizlik qaydalarının pozulması və qeyri-qanuni fəaliyyət səbəb olub. Hadisə ilə bağlı araşdırma başlanıb.

Seçilən
13
news365.az

1Mənbələr