AZ

Rusiya Baltikyanı ölkələrlə bağlı BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət edəcək

Rusiya Latviya, Litva və Estoniyada rusdilli əhalinin hüquqlarının pozulduğunu əsas gətirərək BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət etməyə hazırlaşır.

Far.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib.

Nazirlikdən qeyd olunub ki, Baltikyanı ölkələrdə rusdilli əhaliyə qarşı hüquq pozuntuları ilə bağlı dəfələrlə beynəlxalq məsuliyyət məsələsi qaldırılsa da, nəticə əldə olunmayıb.

Bildirilib ki, münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan cəhdlər nəticəsiz qaldığı üçün məsələni Beynəlxalq Məhkəməyə çıxarmaq qərarı verilib.

XİN həmçinin vurğulayıb ki, Baltikyanı ölkələrdə rusdilli əhalinin hüquqları sistemli şəkildə pozulur.

Qeyd edək ki, Rusiya fevral ayında da Latviyada rusdilli sakinlərə qarşı diskriminasiya ilə bağlı ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarına və Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna müraciət etmişdi.

Seçilən
4
2
far.az

3Mənbələr