AZ

“Araz-Naxçıvan” qapıçısı ilə yeni müqavilə imzalayıb

Bakı, 25 may, AZƏRTAC

Transfer çalışmalarına başlayan “Araz-Naxçıvan” müqaviləsi başa çatan Tərlan Əhmədli ilə yeni sözləşmə imzalayıb.

Klubdan AZƏRTAC-a bildirilib ki, qapıçı növbəti mövsümdə də muxtar respublika təmsilçisinin uğurları üçün çalışacaq. Yeni müqavilənin müddəti 1 illikdir.

Qeyd edək ki, Tərlan Əhmədli 2024-cü ilin yayından “Araz-Naxçıvan”da çıxış edir.

Seçilən
35
3
azertag.az

5Mənbələr