AZ

Rubionun İrəvan səfəri ətrafında suallar artır – Mirzoyan detalları gizli saxladı



ABŞ dövlət katibi Marco Rubionun İrəvana planlaşdırılan səfəri regionda diqqət mərkəzinə çevrilib. Səfər çərçivəsində hansı sənədlərin imzalanacağı və hansı mövzuların müzakirə ediləcəyi ilə bağlı suallar artsa da, Ermənistan tərəfi detalları açıqlamaqdan yayınır.

Ararat Mirzoyan erməni mediasına açıqlamasında səfərin parlament seçkiləri ilə əlaqələndirilməsinə etiraz edib. O, jurnalistlərin bu barədə sualına istehzalı şəkildə “Bunun seçkilərlə nə əlaqəsi var?” cavabını verib.

Ermənistan XİN rəhbəri görüşlərin gündəliyi və imzalanacaq sənədlərlə bağlı da konkret məlumat verməyib. Mirzoyan bildirib ki, bütün məsələlər zamanı çatanda ictimaiyyətə açıqlanacaq.

Jurnalistlər mümkün razılaşmaların “Tramp marşrutu” kimi təqdim edilən layihə ilə bağlı olub-olmadığını soruşsalar da, Ararat Mirzoyan mövzunu geniş şərh etməkdən imtina edib.

Məlumata görə, Marco Rubio mayın 26-da Ermənistana səfər edəcək. Səfər çərçivəsində Rubio ilə Mirzoyan arasında görüş keçiriləcək, daha sonra isə tərəflərin mətbuat üçün açıqlama verməsi və müəyyən sənədlərin imzalanması gözlənilir.



Seçilən
15
aia.az

1Mənbələr