"Araz-Naxçıvan" müqavilə müddəti başa çatan qapıçısı Tərlan Əhmədli ilə anlaşma yeniləyib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, sözügedən qolkiper növbəti mövsümdə də komandanın uğurları üçün çalışacaq.
Əhmədli 2024-cü ilin yayından "Araz-Naxçıvan" klubunun heyətində yer alır.
Xatırladaq ki, Naxçıvan təmsilçisi bu gün məşqçi Əfran İsmayılovla əməkdaşlığa son qoyduğunu bəyan edib.