AZ

Rusiya Ermənistan qazının qiymətini qaldıra bilər - Kreml

"Ermənistan üçün Rusiya qazının qiyməti güzəştlidir, lakin Yerevan Avrasiya İqtisadi Birliyindən (AİB) çıxsa, bu dəyişəcək".

Missiya.Az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

Peskov həmçinin qeyd edib ki, Kreml Ermənistanın Baç naziri Nikol Paşinyanın ölkəsinin Rusiya əleyhinə ritorika ilə məşğul olmayacağı ilə bağlı açıqlamalarını da eşidib.

O əlavə edib ki, Rusiya və Ermənistan dostdurlar və dialoqda qalmağa davam edirlər.

Daşqın HəsənovMissiya.Az

Seçilən
28
missiya.az

1Mənbələr