AZ

Bu ölkdə Ebola virusu tüğyan edir

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu bildirib ki, Konqo Demokratik Respublikasında indiyədək 101-i təsdiqlənmiş olmaqla 900-dən çox şübhəli Ebola hadisəsi aşkarlanıb.

"Cebheinfo.az" xəbər verir ki, Qebreyesusu sosial media hesabında Konqo Demokratik Respublikasındakı Ebola epidemiyası ilə bağlı paylaşım edib.

O qeyd edib ki, ölkədə Ebola ilə mübarizə çərçivəsində müşahidə və nəzarət işləri gücləndirilib.

“Bu günə qədər 101-i təsdiqlənmiş olmaqla 900-dən çox şübhəli yoluxma halı müəyyən edilib”, - deyə o vurğulayıb.

Qebreyesusu epidemiyanın mərkəzi hesab olunan Ituri əyalətində təxminən 5 milyon insanın davam edən münaqişələrin kölgəsində yaşadığına diqqət çəkib.

O bildirib ki, hər 4 nəfərdən 1-i humanitar yardıma ehtiyac duyur, hər 5 nəfərdən 1-i isə ölkə daxilində məcburi köçkün vəziyyətinə düşüb.

Şiddət hadisələrinin, o cümlədən səhiyyə və humanitar yardım əməkdaşlarının bölgədən qaçmasına səbəb olduğunu deyən Qebreyesusu əlavə edib:

“Bu vəziyyət Ebola ilə təmasda olan şəxslərin izlənilməsi və yoluxmaların erkən aşkarlanaraq dəstəkləyici tibbi yardım göstərilməsi səylərinə ciddi mane olur. Davam edən təhlükəsizlik problemləri və qorxu isə cəmiyyət daxilində etimadsızlığı daha da artırır”.

Qebreyesusu vurğulayıb ki, DSÖ və səhiyyə sahəsində fəaliyyət göstərən tərəfdaş təşkilatlar Ituri bölgəsində, hətta ən çətin və təhlükəli ərazilərdə belə fəaliyyətlərini davam etdirirlər.

O əlavə edib ki, bölgə sakinləri yalnız Ebola təhlükəsi ilə deyil, müxtəlif digər xəstəliklərlə də üz-üzədirlər.

Seçilən
47
cebheinfo.az

1Mənbələr