"İrəvan Moskva ilə münasibətləri kəsmək niyyətində deyil".
Qaziler.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan bildirib.
"Ermənistan Rusiya ilə siyasi, iqtisadi və digər bütün əlaqələri kəsməkdə maraqlı deyil", — deyə o qeyd edib.
Mirzoyan vurğulayıb ki, onun ölkəsi, əksinə, Rusiya ilə təbii münasibətləri dərinləşdirmək niyyətindədir.
QAZİLER.AZ