AZ

Bakı Tbilisi qatarına bayramda əlavə vaqonlar qoşulacaqmı?

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, bu gündən Bakı-Tbilisi-Bakı qatarı fəaliyyə başlayır.

Qatara bilet satışı demək olar ki, başa çatıb. Saat 14.00-a olan məlumata görə, ancaq Lüks sinif qatara bilet tapmaq mümkündür.

Xatırladaq ki,  Lüks sinif qatara biletin qiyməti 261.46 AZN təşkil edir.

Qeyd edək ki, qarşıdan Qurban bayramı gəlir. Bayram günlərində qatarlara əlavə vaqonlar qoşulacaqmı?

Bununla bağlı Azərbaycan Dəmir Yollarından “Cebheinfo.az”-a bildirilib ki, bugünki ilk reysə əlavə vaqon qoşulub: 

“Bayram günlərində isə əsasən tələbata baxılacaq. Əgər tələbat artsa əlavə vaqon qoşula bilər”.

Qeyd edək ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edəcək ilk qatarın yola salınma mərasimi olacaq. Bakıdan Tbilisiyə hərəkət edəcək qatar bu gün saat 21:00-da Bakı Dəmiryol Vağzalında olacaq. 

Sərnişinlərin qeydiyyatı saat 22:00-da başlayacaq, qatar isə saat 23:10-da yola düşəcək.

Nigar Abdullayeva

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
67
1
cebheinfo.az

2Mənbələr