Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Premyer Liqasında çıxış edən "Şamaxı" futbolçusu Kərim Rossi ilə yollarını ayırıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, isveçrəli hücumçu ilə imzalanmış müqavilənin müddəti başa çatıb.
Qeyd edək ki, 2025-ci ilin yayından “Şəmaxı”da çıxış edən Kərim Rossi geridə qalan mövsümdə 10 qolla komandanın ən sərrast oyunçusu olub.