AZ

İstanbul Aydın Universitetindən azərbaycanlı gənclərə böyük fürsət: Türkiyədə 100%-dək təqaüdlə təhsil imkanı

Azərbaycan gəncləri üçün Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan İstanbul Aydın Universiteti 2026–2027-ci tədris ili üzrə təqaüd imtahanı elan edib.

Universitetdən verilən məlumata görə, imtahan Azərbaycan vətəndaşları üçün ödənişsiz təşkil olunur və iştirakçılara 25%-dən 100%-dək təqaüdlə Türkiyədə təhsil almaq imkanı yaradılır.
Bildirilib ki, təqaüdlər 25%, 50%, 75% və 100% olmaqla müxtəlif səviyyələr üzrə təqdim ediləcək. Universitetin məzunlarının 83.6 faizinin işlə təmin olunması isə tədris keyfiyyətinin əsas göstəricilərindən biri hesab olunur.

Qəbul olunan tələbələr Avropa Birliyi və Azərbaycanda tanınan “Mavi Diplom” əldə edirlər.

2003-cü ildə fəaliyyətə başlayan universitet hazırda Türkiyənin ən çox seçilən təməl ali təhsil müəssisələrindən biri sayılır. Universitetdə dünyanın 125 ölkəsindən 12 mindən çox beynəlxalq tələbə təhsil alır.
Universitetin üstünlükləri sırasında İstanbulun mərkəzi nəqliyyat xətlərinə yaxın yerləşməsi, 17 fakültə və 171 ixtisas üzrə geniş təhsil proqramları, müasir laboratoriyalar, texnopark və Prof. Dr. Aziz Sancar Texnologiya Mərkəzi kimi multidisiplinar texnoloji mərkəzlərin fəaliyyəti yer alır.
Bundan başqa, universitet tələbələrə “Erasmus+” proqramı çərçivəsində 52 ölkədə 340-dan çox universitetdə təhsil almaq imkanı təqdim edir. Akademik əməkdaşlıq şəbəkəsi isə 660-dan çox dünya universitetini əhatə edir.
Universitetin nəzdində 300 çarpayılıq Tibb Fakültəsi Xəstəxanası, 3 Diş Həkimliyi Xəstəxanası və inkubasiya mərkəzləri fəaliyyət göstərir. Həmçinin universitetdə 114 tələbə klubu mövcuddur.

Təqaüd imtahanı 31 may 2026-cı il tarixində saat 10:00–12:00 aralığında Xəzər Universitetinin Neftçilər kampusunda keçiriləcək.
İmtahanla bağlı onlayn qeydiyyat aşağıdakı link vasitəsilə aparılır:

applyonline.aydin.edu.tr

Qeyd edək ki, imtahanda iştirak Azərbaycan vətəndaşları üçün tam ödənişsizdir və iştirak haqqı universitetin vəqfi tərəfindən qarşılanır.

Seçilən
25
editor.az

1Mənbələr