ain.az, Qol.az portalına istinadən məlumat verir.
"Arsenal"dan Premyer Liqa rekordu
"Arsenal" 2025/26 mövsümündə təkcə İngiltərə Premyer Liqasının qalibi olmaqla kifayətlənməyib.
QOL.az xəbər verir ki, "topçular" həm də Premyer Liqada tarixi rekord müəyyənləşdiriblər.
London təmsilçisi Premyer Liqa tarixində mövsümü qırmızı vərəqəsiz və öz qapısına təyin olunmuş penaltisiz başa vuran ilk klub olub.
Mikel Artetanın komandası çempionat boyu yüksək səviyyədə intizam və müdafiə etibarlılığı nümayiş etdirib ki, bu da titul uğrunda mübarizədə əsas amillərdən biri olub.
Lakin mövsüm hələ "Arsenal" üçün bitməyib. "Arsenal" Çempionlar Liqasının finalında mübarizə aparacaq. İngiltərə klubu mayın 30-da PSJ ilə qarşılaşacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.