AZ

Agentlik rəsmisi: Qurban bayramında heyvanların kəsim və satışına ciddi nəzarət ediləcək

BAKI, 25 may. TELEQRAF

Qurban bayramı dövründə heyvanların kəsim və satışına ciddi nəzarət ediləcək.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin böyük məsləhətçisi Günel HüseynovaQurban bayramı münasibəti ilə AQTA-da keçirilən brifinq çərçivəsində kəsimxanaya təşkil edilən mediaturda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu günlərdə də qanunsuz kəsim hallarına icazə verilməyəcək.

"Heyvanlar qanuni kəsim məntəqələrində kəsilməlidir. Baytarlıq nəzarətindən keçirildikdən sonra sağlam olan heyvanların kəsiminə icazə verilir. Kəsim məntəqələrində kəsilmiş heyvanların baytarlıq ekspertizası həyata keçirilir. Bundan sonra isə istehlakçılara təqdim olunur. Kəsim məntəqələrində ümumi olaraq sanitar-gigiyenik vəziyyət, işçilərin ümumi vəziyyəti və tullantıların vaxtında atılmasına da nəzarət həyata keçiriləcək.
Qanunsuz satış aşkarlanarsa, müvafiq olaraq icra hakimiyyətləri və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə tədbirlər həyata keçiriləcək", - o vurğulayıb.

Seçilən
15
4
teleqraf.com

5Mənbələr