AZ

Builki qəbul proseduru ötənilkindən heç də fərqli olmayacaq - Mütəxəssis AÇIQLADI

Xəbər verdiyimiz kimi, ötən gün 2 və 3-cü qruplar üçün blok imtahanı keçirilib.

Redaktor.az-a danışan AzEdu Təhsil Platformasının rəhbəri, elm və təhsil məsələləri üzrə mütəxəssis Elmin Nuri bildirdi ki, sosial şəbəkələrdə imtahanın asan keçməsi ilə bağlı fikirlər səslənir:

"Mən imtahanda olan fənlərlə bağlı mütəxəssis olmadığım üçün məsələnin yalnız qəbul prizması, məsələnin təhsil tədqiqatları istiqamətinə toxuna bilərəm. Testologiyanın prinsipi var: bir mərhələ o biri mərhələni tamamlamalıdır. Buraxılış mərhələsi, bilirik ki, çətin oldu. Bununla bağlı sosial şəbəkələrdə dayanmadan şikayətləri gördük. İkinci mərhələ mütləq birinci mərhələ ilə uzlaşmalı idi. Əks halda biz ixtisas seçiminin böyük xaosa gətirib çıxaracağını görə bilərdik. Ötən illərdə bunun əksi olmuşdu. Buraxılış asan, blok çətin olmuşdu. Bu il isə tərəflər dəyişdi, amma tarazlama işi eyni qaldı. Bu tarazlıq qorunduğu üçün isə biz imtahanın xüsusən peşəkarlıq prinsiplərinə toxunmalıyıq.

Tarazlıq qorunduğu üçün builki qəbul prosedurunun ötənilkindən heç də fərqli olacağını düşünmürəm — nə asanlıq baxımından, nə də çətinlik baxımından. Demək olar ki, vəziyyət ötənilki ilə müəyyən qədər oxşar olacaq. Eyni zamanda, bu oxşarlıq özünü beşinci qrupda da göstərəcək".

Aytəkin TOFİQQIZI

Seçilən
23
1
redaktor.az

2Mənbələr