AZ

Portuqaliya kubokunda sensasiya

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

Portuqaliya Kubokunda futbol tarixinin ən böyük sensasiyalarından biri qeydə alınıb. Finalda "Sportinq"lə qarşılaşan "Torreense" hamını təəccübləndirməyi bacarıb.Sport24.az "A Bola"ya istinadən xəbər verir ki, olduqca dramatik keçən qarşılaşmada ikinci liqa təmsilçisi "Torreense" güclü rəqibini əlavə vaxtda vurduğu qolla məğlub edərək tarixində ilk dəfə ölkə kubokunu başı üzərinə qaldırıb.Matçın və komandanın qəhrəmanı isə təcrübəli müdafiəçi Stopira olub. 38 yaşlı futbolçu 113-cü dəqiqədə penaltini soyuqqanlıqla dəqiq yerinə yetirərək klubuna tarixi zəfər qazandırıb.Qeyd edək ki, Bu tarixi nəticədən sonra "Torreense" gələn mövsüm UEFA Avropa Liqasının birbaşa liqa mərhələsində çıxış etmək hüququ qazanıb. Bundan əlavə, kubokun yeni sahibi Portuqaliya Superkubokunda ölkə çempionu "Portu" ilə qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
sport24.az

1Mənbələr