AZ

Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı SƏBƏB

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “ABC-Telecom” şirkəti barədə reklam haqqında qanunvericiliyin pozulması ilə əlaqədar inzibati xəta haqqında protokol tərtib edib.

Cari ilin mart ayında tərtib edilmiş protokolda “Reklam haqqında” Qanunun 4.2-ci və 7.1.4-cü maddələrinin pozulduğu öz əksini tapıb.

Qanunun 4.2-ci maddəsində deyilir ki, reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir. Qanunun 7-ci maddəsi isə qeyri-dəqiq reklamı xarakterizə edir. 7.1.4-cü maddədə deyilir ki, reklam edilən vaxt əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri barədə məlumatlar təhrif edilmiş, həqiqətə uyğun olmayan şəkildə əks edən reklam qeyri-dəqiq hesab olunur.

Dövlət Agentliyi hüquq pozuntusunun əlamətlərini İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə rəsmiləşdirib. Sözügedən maddəyə əsasən isə reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
1
azpolitika.info

2Mənbələr